"6 ayda əhalinin gəlirləri 9,3 faiz artıb" - Nazir
Nazir bildirib ki, bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3 faiz artıb, inflyasiya 3 faiz təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib.
"Bu dövrdə xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir".
AzVision.az
Teqlər: Nazir Şahin-Mustafayev