Neftin qiyməti ucuzlaşır

  17 İyul 2018    Oxunub : 2925
Neftin qiyməti ucuzlaşır
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,06 dollar ucuzlaşaraq 73,79 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar azalaraq 71,52 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 67,86 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft