Ölkəyə qanunsuz yük keçirilməsinin qarşısı alınıb

Ölkəyə qanunsuz yük keçirilməsinin qarşısı alınıb
  17 İyul 2018    Oxunub:4141
Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistan Respublikasından Bakı şəhərinə gələn yükə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd "Shivaki Air Conditioner 18000 BTU/H" markalı kondisionerin hissələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Gömrük   Nəzarət  





Xəbər lenti