38 minə yaxın şəxs işlə təmin edilib
Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1 410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.
Hesabat dövründə Xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin 4 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi ilə aktiv tədbirlər təşkil olunub.
AzVision.az
Teqlər: ƏƏSMN