“Güzəştli mənzillər”in təkrar satışı nə vaxt olacaq?
Mənzil seçiminin yenidən təşkil olunacağı deyilsə də, indiyədək agentlik bununla bağlı hər hansı məlumat yaymayıb.
MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, hazırda sistem üzərində iş gedir.
“Məlumdur ki, mənzillərin ilk satışı zamanı problemlər oldu və biz nəticələri ləğv etdik. Problemlərin yenidən olmaması üçün sistem üzərində iş aparılır. Yekun nəticə haqqında ictimaiyyətə məlumat veriləcək”.
Aytən Zəhra
AzVision.az