Neftin qiyməti ucuzlaşıb

  19 İyul 2018    Oxunub : 9910
Neftin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar ucuzlaşaraq 73,14 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar azalaraq 72,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,03 dollar ucuzlaşaraq 68,73 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft