Mikayıl Cabbarov səfirlə görüşüb

Mikayıl Cabbarov  səfirlə görüşüb
  20 İyul 2018    Oxunub:10105
Vergilər Nazirliyində Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bert Şufs ilə görüş keçirilib.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda mövcud olan vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Belçika Krallığı arasında iqtisadi əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti