ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini davam etdirəcək
Energetika naziri Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə ABŞ-ın dəstəyinin bütün görüşlərdə vurğulanmasını və davamlı enerji əməkdaşlığına marağın ifadə edilməsini təqdir edib. Bildirilib ki, ABŞ-ın “Cənub Qaz Dəhlizi”nə dair belə mövqeyi onun həyata keçirilməsi prosesində mühüm əhəmiyyət daşıyır.
ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill isə deyib ki, ölkəsi Azərbaycanla bütün sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlıqda qətiyyətlidir: "ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək".
Görüşdə həmçinin “Elektrik Enerjisi Bazarı” haqqında qanun layihəsi üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb. Beynəlxalq təcrübə əsasında hazırlanan qanun layihəsinə son tövsiyələrin nəzərdən keçirilməsinin vacibliyi qeyd edilib. USAİD-in Missiya direktoru Caydev Sinkxin iştirakı ilə görüləcək tədbirlərdən danışılıb. Bundan başqa, elektroenergetika sektorunda aparılan islahatlarda əməkdaşlığın təmin edilməsi üçün USAİD ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərinə toxunulub.
AzVision.az
Teqlər: ABŞ