OPEC Rusiya ilə yeni təşkilat yaradacaq

OPEC Rusiya ilə yeni təşkilat yaradacaq
  21 İyul 2018    Oxunub:11396
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya neft bazarına dair birgə səylər artırmaq üçün yeni təşkilat yaradacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Onun sözlərinə görə, yeni təşkilat təşkilat gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq. A.Novak, həmçinin zəruri hallarda 2018-ci ildən sonra neft hasilatının məhdudlaşdırılacağını da qeyd edib.

Qeyd edək ki, ötən ay OPEC kartelə üzv olmayan, lakin neft istehsalının azaldılmasına dair sazişdə təşkilata dəstək olan Rusiyaya OPEC-ə müşahidəçi qismində qoşulmağı təklif etmişdi.

AzVision.az


Teqlər: OPEC   Rusiya  





Xəbər lenti