Vergi orqanlarına 47 mindən çox müraciət daxil olub
İlin birinci yarısında vergi orqanlarına 2 min 893 şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz azdır. Vergilər Nazirliyinin aparatına daxil olan müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz az olub.
Altı ayda vergi orqanlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 2 min 183 vətəndaş qəbul edilib. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün tədbirlər görülüb və müvafiq izahatlar verilib.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi