"Bəzi detallar hələ razılaşdırılmayıb" - Kasprşik

"Bəzi detallar hələ razılaşdırılmayıb" - Kasprşik
  25 İyul 2018    Oxunub:3589
“Son illər ərzində mənim ofisim Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ilə olan sərhədində bir sıra monitorinqlər keçirib. Biz yenə də əlimizdən gələni edirik ki, təmas xəttində, atəşkəsin pozulduğu deyilən yerlərdə sərhəd sahələrinə baş çəkək”.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik “News.am” saytına açqılamasında deyib. O, qeyd edib ki, cəbhəyanı rayonlarda hərbi əməliyyatlar riskinin artmasına gətirib çıxaran istənilən hərəkətlərdən çəkinmək lazımdır:

“Təmas xəttində ATƏT-in müşahidəçilərinin sayının artırılması ilə bağlı vəziyyət nə yerdədir” sualına cavabında isə Kasprşik deyib: “Prezidentlər mənim ofisimin genişləndirilməsi üçün razılaşdı, sonra detallar 2018-ci ilin yanvarında xarici işlər nazirlərinin Krakovda görüşü zamanı müzakirə edildi. Onlar prinsipcə, ofisin genişləndirilməsinin həyata keçirilməsi üçün ilkin planla razılaşdılar. Amma bəzi detallar hələ razılaşdırılmayıb. Biz öz əməkdaşlarımızla etimadın möhkəmləndirilməsi üzrə tərəfləri dəstəkləməyə hazırıq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ATƏT   Cəbhə  





Xəbər lenti