“Nar” mətbuat nümayəndələrini təbrik etdi
2 saatdan çox davam edən bilik müsabiqəsində hər biri 5 nəfərdən ibarət, 12 komanda iştirak etdi. “Molla Nəsrəddin”, “Həyat” və “Şərqi rus” komandaları müvafiq olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutdular. Qalib komandalar “Nar”-dan dəyərli hədiyyələr qazandı.
Qeyd edək ki, 22 İyul Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü qeyd olunur. Bu gün milli mətbuat tarixinin başlanğıcı hesab olunan Həsən bəy Zərdabinin 1875-ci ildə təsis etdiyi “Əkinçi” qəzetininin ilk sayının nəşr edildiyi gündür. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlamışdır. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AzVision.az