“Nar” nömrəsini özünlə götür, xaricdə Wi-Fi axtarma
Şifariş edilən paket daxili internet balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq kifayətdir. “Tətil” paketlərin istifadə müddəti 15 gün təşkil edir. Nar.az saytına daxil olaraq və ya “Tetil" yazıb 777 nömrəsinə SMS göndərməklə “Tətil” internet paketləri haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
"Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə Azərbaycanda ən yüksək nəticəyə nail olub.
AzVision.az
Teqlər: Nar