Nazirlikdən fermerlərə şad xəbər
Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144302 istehsalçıya 379006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26399889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186 istehsalçıya təhvil verdikləri 498100,47 kiloqram yaş baramaya görə 2490502,35 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə və yaş baramanın miqdarına görə subsidiya veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri, təhvil verilmiş yaş baramanın miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (https://azvision.az/redirect.php?url=http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
AzVision.az