Sahibkarlığa Kömək Milli Fondu ləğv edildi - Yeni qurum yaradıldı
Həmin fərmanın digər bəndinə əsasən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib. Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.
Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasının 5 üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 4 üzvünü isə Maliyyə Nazirliyi; Vergilər Nazirliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Maliyyə Bazarlarına Nəzarət Palatası (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər. Fondun nizamnamə fondu 1 094 254 581 manatdır və ona verilmiş əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən formalaşır.
AzVision.az
Teqlər: İlham-Əliyev