Rüstəmovdan nəqliyyatdakı qiymət artımına münasibət
“Hökumət artıq öz arqumentlərini yazıb. Qiymətlərə uzun müddət idi ki, baxılmırdı. Bu, həmçinin nəqliyyat səhəsində məşğul olan biznes qurumlarının maliyyə sabitliyini stabil saxlamğa yönəlib. Bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır. Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır. Təbii ki, bu sahənin istehlak səbətində yer mövcuddur və avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri var. Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf təsirindən kənarlaşdıra bilər”.
AzVision.az
Teqlər: Mərkəzi-Bank