“Nar” müsabiqə nəticələrini açıqladı

“Nar” müsabiqə nəticələrini açıqladı
  03 Avqust 2018    Oxunub:7975
“Nar”-ın 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirdiyi müsabiqə sosial şəbəkə istifadəçilərinin böyük rəğbətini qazandı. 31 iyul – 2 avqust tarixləri arasında keçirilmiş müsabiqədə doğma dilini səlis bilən abunəçilər 1 GB internet bonusu qazanmaq imkanı əldə etdilər.
“Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak etməklə ana dili biliklərini sınamaqla yanaşı, qalib gələrək mobil operatordan internet bonusları da qazandılar.

“Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə on minədək abunəçi iştirak etdi. Onların böyük əksəriyyəti müsabiqədə uğurla iştirak edərək verilmiş sualları düzgün cavablandırmaqla mobil operatordan vəd edilmiş hədiyyələri qazanmağa müvəffəq oldu. Ümumiyyətlə, ana dili müsabiqəsi ictimaiyyətdə böyük rezonans doğuraraq hamılıqla təqdir edildi.

Müsabiqədə iştirakçılara 20 sual təqdim olunur. 9787 internet istifadəçisindən 92-si bütün sualları doğru cavablayaraq qalib oldu. Sualların kifayət qədər çətin olmasına baxmayaraq, müsabiqədə qeydə alınan orta bal 13-dür. Ümumilikdə, iştirakçıların 82%-i sualların yarıdan çoxuna doğru cavab verib. Müsabiqənin nəticələri haqqında ətraflı məlumatı nar.az veb səhifəsindən öyrənə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

AzVision.az


Teqlər: NAR  





Xəbər lenti