Gənc kursantlar poliqonda - Fotolar+Video

Gənc kursantlar poliqonda - Fotolar+Video
  04 Sentyabr 2018    Oxunub:2190
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin birinci kurs kursantları ilkin hərbi hazırlıq çərçivəsində atıcı silahlardan atış çalışmalarını icra edirlər.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər. Gələcək zabitlərin keyfiyyətli hazırlığı məqsədilə keçirilən praktiki atışlardan əlavə gənc kursantlar müxtəlif təlim sahələrində tədris tapşırıqlarını yerinə yetirirlər. Çalışmaların yekununda gənc kursantlar əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.










AzVision.az


Teqlər: MN   Kursant  





Xəbər lenti