Bu yollarda rənglənmə işləri aparılır

Bu yollarda rənglənmə işləri aparılır
  04 Sentyabr 2018    Oxunub:1522
Sentyabrın 4-ü avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Heydər Əliyev prospektindən Keşlə-Mərkəzi yolu və Davud Aslan küçəsinə kimi üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən həmin yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti