Türkiyə Gəncəyə yeni baş konsul təyin edib

Türkiyə Gəncəyə yeni baş konsul təyin edib
  04 Sentyabr 2018    Oxunub:2156
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul etdi.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim etdi. Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzu etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər: Türkiyə   Gəncə   Azərbaycan   XİN  





Xəbər lenti