Səyyar formada məşğulluq xidmətləri göstərilib
Müraciət edən işaxtaran vətəndaşlardan 21 nəfərə işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun vakant iş yerlərinə yerindəcə göndərişlər verilib.
Sosial cəhətdən həssas qruplardan olan ayrı-ayrı şəxslərlə fərdi qaydada söhbətlər aparılıb. Onlardan hazırda işləməyən və kiçik ailə biznesini yaratmaq üçün potensialları olan 10 nəfər müəyyən edilib və özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata götürülüblər. İxtisası və peşəsi olmayan, buna görə işə düzəlməkdə çətinlik çəkən 12 nəfər üçün peşələrə yiyələnmək istəkləri nəzərə alınmaqla, peşə hazırlığı kurslarının təşkil edilməsi qərara alınıb.
AzVision.az
Teqlər: ƏƏSMN