Daha iki ölkənin spikeri Bakıya gəldi - FOTO

Daha iki ölkənin spikeri Bakıya gəldi - FOTO
  20 Sentyabr 2018    Oxunub:1915
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədri Mladen Boşiç Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da ölkəmizə səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Mladen Boşiçi Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan əlavə, Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün sentyabrın 19-da Bakıya gəlib.



AzVision.az


Teqlər: Milli-Məclis   Sədr   Parlament  





Xəbər lenti