Nazirlikdən yeni şəxsiyyət vəsiqələri ilə bağlı açıqlama
Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub. Həmin faylları Daxili İşlər Nazirliyinin (mia.gov.az) və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (https://azvision.az/redirect.php?url=http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.
AzVision.az
Teqlər: DİN