Azərbaycandan bəzi ölkələrə yeni reyslər açılacaq
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib. O bildirib ki, bununla bağlı Asiya istiqamətində danışıqlar yekunlaşmaq üzrədir.
Bu gün 10-dan çox bazarda marketinq işlərinin aparıldığını deyən K.Quluzadə qeyd edib ki, bu istiqamətlərdə ilin sonundan başlayaraq Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq.
"İlk belə nümayəndəliyin Rusiyada olacağı gözlənilir. Bununla da həmin ölkələrdə Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq. Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Lakin bu, həm də ora gedən turistlərlə ölkəmizə marağı artırmaq, nümayəndəliklərimizi açıb, Azərbaycanı təbliğ etmək və ölkəmizə gətirmək üçün də önəmlidir. Yəni hər iki tərəf bundan qazanc əldə edəcək".
Aytən Zəhra
AzVision.az