Rusiyaya gedən yük maşınlarının saxlanılmasına rəsmi münasibət

 Rusiyaya gedən yük maşınlarının saxlanılmasına rəsmi münasibət
  29 Oktyabr 2018    Oxunub:1225
Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiyaya gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az-aa verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

DGK rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.

Azvision.az



Teqlər:





Xəbər lenti