56 yaşlı qadın yol qəzasının qurbanı oldu

56 yaşlı qadın yol qəzasının qurbanı oldu
  20 Noyabr 2018    Oxunub:2455
Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.
FHN-dən Azvision.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti