Novxanıda qeyri-qanuni ibadət yeri aşkarlanıb

Novxanıda qeyri-qanuni ibadət yeri aşkarlanıb
  23 Noyabr 2018    Oxunub:3334
Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt Şəhər İdarəsi, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Sumqayıt şəhəri Novxanı qəsəbəsi bağlar massivi, Çinarlı küçəsi 1886 ünvanında yerləşən Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Elçin Sovet oğluna məxsus bağ sahəsinə baxış keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Azvision.az-a verilən xəbərə görə, nəticədə qeyri-qanuni dini fəaliyyət aşkarlanıb, faktla bağlı inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Azvision.az


Teqlər: DTX   Din  





Xəbər lenti