Bu il istehsalatda 26 nəfər ölüb, 88 nəfər yaralanıb
Bunu Azvision.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.
"Aparılan araşdırmalar zamanı istehsalatla bağlı bədbəxt hadisələrin daha çox mədənçıxarma sənayesi (23%), tikinti ( 21%), emal (15,5%) və nəqliyyat (7,3%) sahələrində baş verdiyi müəyyən edilib. Xidmət hər bir istehsalat qəzası ilə bağlı qanunauyğun şəkildə təhqiqatın aparılmasını və nəticəsinə müvafiq tədbirlərin görülməsini təmin edib. İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində zərərçəkmiş şəxslərə “İZ” (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub".
F.Talıbov qeyd edib ki, əməyin mühafizəsi tələblərinin pozulmasına görə aidiyyəti işəgötürənlərə isə İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə müvafiq məbləğlərdə cərimələr tətbiq edilib. "Eyni zamanda, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydaların pozulmasına yol vermiş şəxslər haqqında uyğun tədbirlər görülməsi üçün təhqiqat materiallarının surəti aidiyyəti orqanlara göndərilib".
Aytən Zəhra
Azvision.az
Teqlər: ƏƏSMN