Payız ağacəkmə kampaniyası davam edir

Payız ağacəkmə kampaniyası davam edir
  24 Noyabr 2018    Oxunub:1560
Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonu İcra Hakimiyyətinin kollektivi də qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri və KİV nümayəndələri iştirak edib. Aksiya zamanı Azadlıq prospekti 146 ünvanında sökülmüş köhnə binanın yerində 500-ə yaxın müxtəlif cinsli ağac tingi əkilib.



Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib. Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

Azvision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti