“Azərbaycan dilində “Salam”, “Xudahafiz” sözlərini bilirik” - Hacıbəylinin varisləri (VİDEO)

“Azərbaycan dilində “Salam”,  “Xudahafiz” sözlərini bilirik” -  Hacıbəylinin varisləri (VİDEO)
  05 Dekabr 2018    Oxunub:26738
Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Bakıya gəliblər. Onlar Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra şəhər gəzintisinə çıxıblar.
Hacıbəylinin varisləri Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını Azvision.az-la bölüşüblər.



- Bildiyimizə görə, artıq Azərbaycana 3-cü səfərinizdir. Bakı ilə bağlı təəssüratlarınız necədir?

Benjamin: Şəhər möhtəşəmdir. Bakı çox müasirdir. Son illərdə baş vermiş dəyişikliklər heyrətamizdir.

Paskal: İlk dəfə gəldiyimizdə də şəhər çox gözəl idi. Lakin indi daha möhtəşəm olub.

- Ziyalı, vətənpərvər bir ailənin üzvüsünüz. Bu fakt həyatınıza necə təsir edib?


(Paskal Hacıbəyli Buşe)

- Paskal: İlk növbədə bu fakt bizə Azərbaycanı tanımaq imkanı verib. Və indi də bu görkəmli şəxslərin həm siyasi, həm digər sahələrdəki fəaliyyətlərini insanlara çatdırmaq öhdəliyini daşıyırıq. Həmçinin nəhəng insan, maestro Niyazinin və Zülfüqar Hacıbəylinin adını çəkə bilərəm. Bu, həqiqətən görkəmli ailədir.

- Azərbaycan dilində bildiyiniz sözlər varmı?

Paskal: Salam. Allah şəfa versin. Ancaq bunlar.

Benjamin: Xudahafiz

Paskal: Bəli, Azərbaycanın çox maraqlı mədəniyyəti var. Çünki şərqli olmasına baxmayaraq, həmçinin müasirdir və Qərbə yaxındır.

- Fransa və Azərbaycan arasında hansı fərqlər var?

Paskal: Fərqlər çoxdur. İlk növbədə düşüncə tərzində olan fərqi deyə bilərəm. Lakin ola bilsin ki, güclü mədəniyyət və daha dəqiq desək, gələcəkdə ölkənin inkişafına və qorunmasına töhfə vermiş, daha sonradan dünyada tanınmış görkəmli şəxslərin xatirəsini qorumaq hər iki tərəfi yaxınlaşdıran amillərdir.


(Benjamin Hacıbəyli)

Benjamin: Anamın dedikləri ilə razıyam. Fransa mədəniyyət ölkəsidir. Buna çox dəyər verilir. Burada inşa edilən müxtəlif muzeyləri və digər mədəniyyət nümunələrini gördükdə ortaq bir şeylərə sahib olduğumuzu görürük.

Paskal: Sadəcə demək istəyirəm ki, memarlıq ənənələrini qoruyaraq şəhəri müasirləşdirmək çox vacibdir. Bizi maraqlandıran məhz bu fərqlərdir.

- Ceyhun Hacıbəyli patriot idi. Siz Fransada Azərbaycan üçün nə edirsiniz?

- Paskal: Fransada ölkənin tanıdılmasında rolu olan diaspor ilə əlaqəmizi saxlamağa çalışırıq. Fransada “Ulduz”, Azərbaycan-Fransa Dialoq Assosiasiyası kimi müxtəlif assosiasiyalar, həmçinin səfirlik tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu kimi tədbirləri davam etdirməyin lazım olduğunu düşünürəm.

Aytən Zəhra
Tərcümə etdi: Günel İbrahimova

Azvision.az


Teqlər: Ceyhun-Hacıbəyli   Paskal   Benjamin  





Xəbər lenti