Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsi keçirilib

Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsi keçirilib
  15 Dekabr 2018    Oxunub:1358
“ASAN xidmət” nəzdində fəaliyyət göstərən “ASAN Könüllüləri” Hərbi Dəniz Qüvvələrində “Əsgərə məktub” layihəsini keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Layihənin mahiyyəti barədə məlumat verildikdən sonra vətəndaşlarımız tərəfindən matroslara ünvanlanan məktublar hərbi qulluqçulara təqdim olunub və oxunub.

Azvision.az



Teqlər:





Xəbər lenti