Yeni poçt markası dövriyyəyə buraxılıb

  15 Mart 2019    Oxunub : 472
Yeni poçt markası dövriyyəyə buraxılıb
“Azərmarka” MMC tərəfindən Çin təqvimi üzrə Donuz ilinə həsr olunmuş poçt bloku dövriyyəyə buraxılıb.
MMC-dən Azvision.az -a verilən məlumata görə, poçt blokunun ölçüsü 105x75 millimetr, markanın ölçüsü isə 40.3x40.3 millimetr təşkil edir. Orijinal poçt blokunun tirajı 5 min nüsxədir.

Bu orijinal poçt bloku “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruysk Integrated Printing House” çap evində işiq üzü görüb.

Azvision.az

Teqlər: Poçt