Qazaxda 5 ədəd top mərmisi aşkar edilib

Qazaxda 5 ədəd top mərmisi aşkar edilib
  18 Mart 2019    Oxunub:2484
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində top mərmiləri aşkar edilib.
Azvision.az xəbər verir ki, ANAMA-ya daxil olmuş məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd partlamış-yanmış top mərmisi (2 ədəd 122 mm-lik OF-56, 1 ədəd 100 mm-lik OF-412 və 2 ədəd 76 mm-lik OF-350) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az



Teqlər: ANAMA   Qazax  





Xəbər lenti