Zaltsburq şəhərində Novruz şənliyi keçirilib - FOTOLAR

  18 Mart 2019    Oxunub : 1118
Zaltsburq şəhərində Novruz şənliyi keçirilib - FOTOLAR
Avstriya Azərbaycanlıları Cəmiyyəti (AAC) Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Zaltsburq şəhərində Novruz şənliyi keçirib.
Azvision.az xəbər verir ki, Сəmiyyət sədri Fərid Əzizov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib. O bildirilib ki, xalqımızın bu günə qədər yaşatdığı Novruz bayramı özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz bu Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır.



Tədbirdə iştirak edən Almaniya Münxen Azərbaycanlıları Cəmiyyətinin sədri Səttar Kərimov çıxışında Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən bəhs edib, milli mənəvi dəyərlərimizin qorunması, tədqiqi və təbliği istiqamətində görülən işlərdən söz açıb.



Sonra bayram şənliyi tanınmış incəsənət ustası Elbaris Həmidli və “Nostalji” qrupunun ifaları ilə davam etdirilib, qonaqlara bayram süfrəsi açılıb.




Azvision.az

Teqlər: Zaltsburq   Novruz