Bakının bəzi rayonlarında qaz yoxdur

 Bakının bəzi rayonlarında qaz yoxdur
  18 Mart 2019    Oxunub:1893
Bu gecə saat 01:00 radələrində Qaradağ-Digah magsitral qaz kəmərində qəza baş verib.
Azvision.az -ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib. Onun sözlərinə görə, qəza nəticəsində Bakının Sabunçu, Nizami və Xətai rayonlarında qaz təchizatı dayandırılıb.

“Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər elə gecə saatlarından yekunlaşıb, amma təhlükəsizlik baxımından “mavi yanacağ”ın təzyiqi dərhal artırılmayıb. Bu prosesə səhər saatlarından start verilib”, - deyə qurum rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti