“Hökumət buludu” nə vaxt hazır olacaq? - Açıqlama

   “Hökumət buludu” nə vaxt hazır olacaq? -    Açıqlama
  18 Mart 2019    Oxunub:2490
“Hökumət buludu”nun yaradılması istiqamətində işlər aparılır və konsepsiya hazırlanır. Sənəd hazırda imzalanma mərhələsindədir.

Bu barədə Azvision.az -a açıqlamasında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, dövlət qurumlarının informasiya sistemlərinin bir məkanda mərkəzləşməsi prosesi gedir.
“Burada platform olaraq bulud texnologiyalarından istifadə edilir. Bununla da, dövlət qurumlarının texnoloji xərcləri, mütəxəsis hazırlığına olan xərclər və təlabat azaldılır və “Data Mərkəz”in verdiyi bulud texnologiylarından istifadə edilir. Bu halda dövlət qurumlarının informasiya sistemlərinin bir məkanda mərkəzləşməsi prosesi gedir. Bu isə ancaq bulud texnologiyası əsasında olur. Hazırda “Data Mərkəz”lərin verdikləri xidmətlər buna yönəlir. Bu gün “Data Mərkəz” həm dövlət sektoruna, həm də özəl sektora xidmət göstərir”, - deyə Elmir Vəlizadə vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Elmir-Vəlizadə  





Xəbər lenti