ARB 24-ün keçmiş işçiləri telekanal adından sui-istifadə edir

ARB 24-ün keçmiş işçiləri telekanal adından sui-istifadə edir
  18 Mart 2019    Oxunub:3933
Qısa müddət ərzində izləyicilərin böyük rəğbətini qazanan Azərbaycanın ilk və yeganə biznes xəbər kanalı "ARB 24" hər ötən gün daha çox tamaşaçı kütləsi toplamağı bacarıb.
Kanaldan Azvision.az -a verilən məlumata görə, 24 saat ərzində ölkə və dünya gündəmini, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edən telekanal həm də rəsmi "Youtube", "Facebook" və "İnstagram" sosial hesabları ilə də izləyicilərini daima məlumatlandırır.

Ancaq "ARB 24" telekanalının adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə icazəsiz saxta səhifələr yaradan, ünvan kimi kanalın faktiki ünvanını qeyd edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Araşdırmalar nəticəsində bu hesabları "ARB 24"-dən qovulmuş əməkdaşların idarə etdiyi müəyyən edilib.

Məsələ ilə bağlı "ARB 24"ün mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama verib: "Həmin səhifə və profillərdə telekanala dair təhrif olunmuş yanlış məlumatlar, telekanala aid olmayan materiallar, vəzifəli şəxslərə qarşı "qara piar" xarakterli məlumatlar paylaşılır. Bununla yanaşı, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır, sosial şəbəkə izləyiciləri bu cür hesabları doğru bilib, telekanal haqqında mənfi düşüncələrə qapılır və yanlış məlumatlarla digər izləyiciləri də saxtakarlığa sövq edirlər.

İzləyicilər "ARB 24"ün rəsmi www.24.arbtv.az saytından "Facebook", "İnstagram" və "Youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

Facebook: (https://www.facebook.com/arb24tv)
İnstagram: (https://www.instagram.com/24.arbtv.az/)
Youtube: (https://www.youtube.com/channel/UC44ToFclJwakpqw1Wh6iW-A)


Qeyd edək ki, "ARB 24" adından istifadə edərək özünü telekanalın əməkdaşı kimi təqdim edən şüphəli şəxslərlə qarşılaşdığınızda qaynar xəttə (+994 50 201 93 93) əlaqə saxlamağınız xahiş olunur.

Azvision.az


Teqlər:





Xəbər lenti