"Sabah küləyin sürəti azalacaq" - Umayra Tağıyeva
Direktor bildirib ki, bu, mart ayı üçün səciyəvi hava dəyişkənliyidir.
“Qışla yaz arası keçıd dövrünə xas olan prosesdir. Küləyin maksimal sürəti saniyədə 25-28 metr , dalğanın hündürlüyü isə açıq dənizdə 5,5 metr təşkil edir. Müqayisə üçün qeyd edək ki, faktiki külək bu ilin yanvar ayının 17-dən 18 keçən gecə müşahidə olunan prosesdən zəifdir, çünki o zaman küləyin maksimal sürəti saniyədə 40 metrə çatırdı. Sabah, mart ayının 19-da günün ikinci yarısından küləyin sürəti tədricən azalacaq”.
Aytən Zəhra
Azvision.az