“Azərbaycanın da səbrinin bir həddi var” - Hikmət Hacıyev
“Biz İrəvan rəhbərliyi ilə Dağlıq Qarabağ probleminin həll üçün ardıcıl və nəticə əldə etməyə hesablanmış addımlar atmağa hazırıq. Azərbaycan tərəfi niyyətinin yaxşı olduğunu daim ortaya qoyur. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyala 3 dəfə görüşüb. İrəvan rəhbərliyi də yaxşı niyyətdə olduqlarını sübut etməlidir”.
PA rəsmisi vurğulayıb ki, müzakirələrin davamı üçün Ermənistan tərəfi addımlar atmalıdır: “Təəssüf ki, hazırkı Ermənistan rəhbərliyi Sarkisyan-Koçaryan rejiminin səhvlərini təkrar edir və danışıqları pozan bəyanatlar verir. Ermənistan tərəfinin konstruktiv və düzgün addımlar atmasına ehtiyac var. Hazırda beynəlxalq ictimiayyət Dağlıq Qarabağ probleminin həlli üçün göstərdiyi səylər lazımı səviyyədə deyil. Beynəlxalq ictimiayyət də bu məsələdə israrlı olmalıdır və Ermənistana dəqiq siyasi və diplomatik mesajlar verməlidir. Bu baş vermədiyindən işğalçı dövlət cəsarətlənir, işğalçı siyasətini daha da gücləndirir və Azərbaycan torpaqlarını ilhaq etmək siyasətini həyata keçirir. Bu halın davam etməməsi üçün işğalçını öz adı ilə çağırmaq lazımdır”.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Hikmət-Hacıyev Qarabağ