Martın 21-dən havanın temperaturu yüksələcək

   Martın 21-dən havanın temperaturu yüksələcək
  18 Mart 2019    Oxunub:1853
Martın 21-dən başlayaraq, ölkə ərazisində havanın temperaturu yüksələcək.
Azvision.az -ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında bildirib ki, sabah axşamdan Bakıda və Abşeron yarımadasında küləyin sürəti səngiyəcək: "Havanın temperaturu 9 dərəcəyə yaxın olacaq. Martın 20-də Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında yağışlı havanın müşahidə ediləcəyi gözlənilir".

U.Tağıyeva əlavə edib ki, martın 21-də respublikanın əksər rayonlarında çox mülayim yaz havası müşahidə ediləcək və hava yağmursuz keçəcək: "Havanın temperaturu əvvəlki günə nisbətən artacaq. Günorta saatlarında Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 12-14 dərəcə olacaq".

Azvision.az


Teqlər: Mart   Hava  





Xəbər lenti