“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində “Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb.
Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R” göndərməklə əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Teqlər: Nar