Yevlaxda 1063 ədəd patron tapılıb

Yevlaxda 1063 ədəd patron tapılıb
  18 Mart 2019    Oxunub:2249
Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Yevlax rayonu ərazidə silah və patronların tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN Yevlax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.



“Almalıq” adlanan otlaq sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1063 ədəd 5.45 mm-lik patron və 1 ədəd korroziyaya uğramış avtomat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronların ətrafında 1000 kv. m əraziyə yerüstü, 100 kv. m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Azvision.az


Teqlər: ANAMA   Patron  





Xəbər lenti