AzTV-nin Teleradio Akademiyasında yeniliklər

AzTV-nin Teleradio Akademiyasında yeniliklər
  18 Mart 2019    Oxunub:3027
Azərbaycan Televiziyasının (AzTV) nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası bir sıra yeniliklərə start verib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, teleakademiya 2010-cu ildə yaradılsa da, indiyədək sırf televiziya kursları səviyyəsində fəaliyyət göstərib. Ancaq yeni rəhbərliyin dövründə, yəni ilin əvvəlindən etibarən AzTV-də gedən müsbət dəyişikliklər artıq bura da sirayət edib. Müasir dövrün tələblərinə cavab verə bilən, yeni təfəkkürlü, ideoloji baxımdan mütərəqqi peşəkarlar hazırlamaq gücünə malik bir akademiyanın yaradılması günün tələbi kimi hədəflənib.

Bu gün tədris prosesinə cəlb edilən yerli mütəxəssislər böyük təcrübəyə malik, Azərbaycan televiziya məkanında öz imzaları ilə tanınan jurnalistlər, rejissorlar və operatorlardır. İndiyədək keçirilən ustad dərslərinə Rusiya və Ukraynadan mütəxəssislər də dəvət edilib. Belə təcrübə peşə hazırlığı yanaşmasında effektivdir. Hazırda Türkiyədən də müəllimlərin dəvət olunması ilə bağlı danışıqlar aparılır. Artıq müsabiqə də elan edilib və əhatəli məlumat verilib. Elanlar AzTV-nin internet səhifəsində, sosial şəbəkələrdə artıq yerləşdirilib, eyni zamanda telekanallarda da yayımlanacaq.

Azvision.az



Teqlər: AzTV   Akademiya  





Xəbər lenti