BNA: Avtobus qəzası ilə bağlı araşdırma aparılır
Qurum rəsmisi bildirib ki, BNA-nın əməkdaşları hadisə yerinə baş çəkiblər: “Orada olan şahidlərin sözlərinə görə, minik avtomobili qəfil əyləcə basıb və nəticədə hadisə baş verib. Bu, ilkin ehtimaldır”.
Qeyd edək ki, bu gün səhər saatlarında "Ramal" Ticarət Mərkəzinin qarşısında sərnişin avtobusunun iştirakilə baş verən qəza nəticəsində bir neçə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Aytən Zəhra
Azvision.az