Əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək
Bayram günlərində məsul növbətçilik təşkil edilməklə nəqliyyat və rabitə xidmətlərinin fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.
Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə saxlamaları xahiş olunur.
Azvision.az
Teqlər: Nazirlik