96 dövlət əmlakı hərraca çıxarılıb
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə Şamaxıdakı “Qaleybuğurd Yardımçı Kənd Təsərrüfatı”, Şirvan şəhərindəki “Mexanizasiya Sahəsi” və digər dövlət obyektləri aiddir. Qeyd edək ki, bu dövlət əmlakları torpaq sahələri ilə birgə özəlləşdirilib. Mingəçevir şəhəri, Gəncə şosesindəki kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 203,4 kvadratmetrdir. Adıçəkilən dövlət əmlakı müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.
Qeyri-yaşayış sahələri isə paytaxtda və Daşkəsən şəhərində yerləşir. Paytaxtın Xətai rayonu, Neapol küçəsindəki bu növ dövlət obyektinin ümumi faydalı sahəsi 133,8 kvadratmetrdir. Daşkəsən şəhəri, Mədənçilər qəsəbəsindəki qeyri-yaşayış sahəsinin isə ümumi faydalı sahəsi 43,7 kvadratmetrdir. Özəlləşən nəqliyyat vasitələrindən birinin buraxılış tarixi 2007-ci ildir. “QAZ-3102” markalı bu avtomobilə ümumilikdə 4 sifariş verilib.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac martın 27-də keçiriləcək. Hərraca ümumilikdə 96 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarından 57-si kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Azvision.az