Muzdla işləyənlərin maaşı 557 manat olub

  19 Mart 2019    Oxunub : 1387
 Muzdla işləyənlərin maaşı 557 manat olub
Yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əməkhaqqı neft sektorunda 2995,8 manat, qeyri-neft sektorunda 499,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 443,1 manat, özəl müəssisələrdə isə 707,1 manatdır.

Azvision.az

Teqlər: Statistika   Maaş