Azərbaycan nefti bahalaşıb

  27 Mart 2019    Oxunub : 738
Azərbaycan nefti bahalaşıb
Azərbaycan neftinin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,69 dollar artaraq 69,38 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,17 dollar artaraq 68,14 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 59,99 dollar olub.

Azvision.az

Teqlər: Neft