Sahibkar və menecerlər Almaniyada səfərdədir

  27 Mart 2019    Oxunub : 667
Sahibkar və menecerlər Almaniyada səfərdədir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2019-cu ildə "İqtisadi kooperasiya" üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqə keçirilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, müsabiqəni müvəffəqiyyətlə keçmiş 18 sahibkar və menecerdən ibarət aqrar sahə üzrə ilk qrup artıq Almaniyanın Hamburq şəhərində yerləşən "Beynəlxalq Akademiya" Tədris Mərkəzində təlim və istehsalat təcrübəsi keçir.

İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 20 sahibkar və menecerdən ibarət növbəti qrupun Almaniyaya səfəri isə 11 iyun - 06 iyul tarixlərində nəzərdə tutulur.

Azvision.az

Teqlər: Sahibkar   Menecer   Almaniya