Banklar problemli kreditlərə görə müştərilərə zəng edir

 Banklar problemli kreditlərə görə müştərilərə zəng edir
  28 Mart 2019    Oxunub:4466
Xəbər verdiyimiz kimi, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında problemli kredit məlumatlarının sorğulanması bölməsi yaradılıb. Vətəndaşlar palatanın saytına daxil olaraq qeyd edilən bölmədə şəxsiyyəti təsdiq edən sənəd, ad-soyad və telefon nömrəsini yazıb, məlumat əldə edə bilərlər.
Azvision.az -ın məlumatına görə, bu gündən etibarən banklar kompensasiya düşən müştərilərə zəng etməyə başlayıblar.

Qeyd edilib ki, vətəndaşlara ödəniləcək vəsait bankların filiallarında və kart vasitəsilə həyata keçiriləcək.

Azvision.az


Teqlər: Bank   Müştəri  





Xəbər lenti